Türkiyənin pop ulduzu Tarkan uçan səhnəsindən danışıb.
OLAY yazır ki, sənətçi bu barədə tvitter hesabında məlumat yayıb.
Tarkan qeyd edib ki, İzmirə yola düşüb və konsertin baş tutması üçün əlindən gələni edəcək:
“İzmirə gedərkən səhnəmin dağıldığı xəbərini aldım. Çox üzr istəyirəm, amma çox şadam ki, ölən və yaralanan yoxdur.
Çox çalışan hər kəsin və komanda yoldaşlarımın yaxşı olduğunu bilmək məni çox sevindirdi. Yeri gəlmişkən, mən yoldayam. İzmirə gedirəm.
Bu konsertin baş tutması üçün əlimizdən gələni edəcəyik”.