Musiqi
Musiqi

Çingizdən rus dilində mahnı!

Çingizdən rus dilində mahnı!

Azərbaycanın Avroviziya- 2019 beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi müğənni Çingiz Mustafayev yeni mahnısını təqdim edib.

OLAY yazır ki, rus dilində dinləyicilərin ixtiyarına verilən bəstə “Свет” (İşıq) adlanır. 

İfaçının sözlərinə görə, Bali adasına, Moskvaya səyahət etməzdən əvvəl o, rus dilində iki mahnı yazıb və onlardan birincisi “İşıq” adlı mahnını tamaşaçılara təqdim etməkdən hədsiz dərəcədə şaddır.

Xatırladaq ki, 2021-ci ilin ortalarında sənətçi musiqi formatını dəyişərək elektron musiqiçi olub, həm də yeni yaradıcı təxəllüsü götürüb - indi o, “Rumi” səhnə adı ilə çıxış edir.