Musiqi
Musiqi

Bu ilin ən yaxşıları onlar oldu

Bu ilin ən yaxşıları onlar oldu

Ötən gün dünyanın nüfuzlu MTV Video Musiqi Mükafatlandırma mərasimi keçirilib.

OLAY yazır ki, gecədə bir çox ulduz mükafatlandırılıb.

İlin klipi nominasiyası üzrə qalib Telyor Svift “All too Well” olub.

“İlin sənətçisi” mükafatına Bed Banni layiq görülüb. “İlin mahnısı” Billi Aylişin “Happier Than Ever” adlı ifası seçilib. “Ən yaxşı müğənni” kateqoriyasında qalib isə Dove Camerondur. “Ən yaxşı Koreya-Pop mahnısı” Lisanın “Lalisa”sıdır.  “Ən yaxşı rok mahnısı” Red Hot Çili Peppersin “Black Summer” ifasıdır. “Ən yaxşı Latın mahnısı” nominasiyası üzrə qalib Anittanın “Envoiver”dir.

“Ən yaxşı alternatif mahnı” Maneskinin “I Wanna Be your Slave”dir. “Ən yaxşı sosial mesajlı klip” isə Lizzonun “About Damn Time” klipidir. 

“Ən yaxşı rejissor” mükafatının qalibi Telyor Sviftin “All Too Well”  klipinin rejissoru olub. Herri Staylesin “As it Was” klipinin görüntü rejissoru “Ən yaxşı görüntü rejissor” nominasiyası üzrə qalib olub. “İlin qrupu” BTS-dir. “Bu yayın ən yaxşı mahnısı” Cek Harlovun “First Class”ıdır.

“İlin albomu” mükafatının sahibi də “Harry's House” albomu ilə Herri Staylesdir.