Musiqi
Musiqi

6 il sonra ilk mahnı - Britni qayıtdı

6 il sonra ilk mahnı - Britni qayıtdı

2016-cı ildə son albomunu çıxaran məşhur pop müğənnisi Britni Spirs britaniyalı musiqiçi Elton Conla “Hold Me Closer” duetini çıxarıb. 

OLAY yazır ki, Spirsin son vaxtlar yaşadığı çətinliklərdən danışan Con müğənninin karyerasına qayıtmasını dəstəklədiyini bildirib.

Elton “Britni çox incimişdi” deyərək bir müddətdir oxşar təcrübələr yaşadığını qeyd edib: 

“Mən heç bir sənətçinin qaranlığa çəkildiyini görmək istəmirəm. Hər kəs xoşbəxt olmağa və sevilməyə layiqdir”.

Qeyd edək ki, bu, Britninin 6 ildən sonra yayımlanan ilk sinqlıdır.