Avroviziya-2023-ün keçiriləcəyi şəhərlə bağlı müzakirələr davam edir.
OLAY yazır ki, Böyük Britaniyada baş tutması planlaşdırılan müsabiqə üçün 20 şəhər ev sahibi olmaq istəyib. Uzun müzakirələrdən sonra onların sayı 7-ə endirilib. Seçim prosesinin növbəti mərhələsində Birmingem, Qlazqo, Lids, liverpul, Mançester, Nyukasl, Şeffild yer alacaq.
Həmçinin, London, Bristol, Edinburq və Belfast da ev sahibliyi etmək istəyən şəhərlər sırasında idi.
Qeyd edək ki, bu il Avroviziyanın qalibi Ukrayna olsa da, müharibəyə görə yarışma Böyük Britaniyada keçiriləcək.