“Avroviziya-2023” Böyük Britaniyada keçiriləcək.
OLAY yazır ki, bu barədə Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.
Bildirilib ki, müsabiqənin keçiriləcəyi şəhərlə bağlı müzakirələr bu həftə başlayacaq.
Qeyd edək ki, bu il İtaliyada baş tutan müsabiqənin qalibi Ukrayna olub. Lakin sözügedən ölkədə davam edən müharibə ilə əlaqəli ev sahibi olmasının mümkünsüzlüyü nəzərə alınıb. Buna görə də bir müddətdir növbəti il yarışmaya hansı ölkənin ev sahibliyi edəcəyi müzakirə olunurdu.
Onu da xatırladaq ki, Böyük Britaniya 2022-də Avroviziyada ikinci olub.