Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın istefa vemriş Baş naziri Boris Conson arasında “Avroviziya” ilə bağlı danışıqlar olub.
OLAY yazır ki, bununla bağlı Consonun rəsmi sosial şəbəkə hesabında məlumat verilib.
“Ötən həftə Prezident Zelenski ilə danışanda razılaşdıq ki, “Avroviziya – 2023” harada olursa olsun, Ukrayna və xalqı təbrik edilməlidir”, - deyə, bildirilib.
Qeyd edək ki, Ukraynada davam edən müharibə ilə əlaqəli olaraq müsabiqə 2023-də Böyük Britaniyada keçiriləcək.