Musiqi
Musiqi

EBU-dan “Avroviziya - 2023” haqda yeni açıqlama

EBU-dan “Avroviziya - 2023” haqda yeni açıqlama

Avropa Yayım Birliyi (EBU) “Avroviziya - 2023” haqda yeni açıqlama yayıb. 

OLAY yazır ki, qəti şəkildə müsabiqənin qalib ölkə Ukraynada keçirilməyəcəyi bildirilib.

Bu qərarı iştirakçıların və izləyicilərin təhlükəsizliyi üçün qəbul etdikləri vurğulanıb.

“Ümumilikdə 10 minə yaxın şəxs müsabiqə üçün akkreditasiyadan keçib. Həmçinin, 30 min nəfərin də yarışmanı izləmək üçün ev sahibi ölkəyə səfər edəcəyi gözlənilir. NATO-nun təhlükəsizlik sədri Jens Stoltenbergin müharibənin illərlə davam edə biləcəyini söyləməsi də EBU-nun təhlükəsizlik qaydalarına uyğun deyil”, - deyə açıqlamada qeyd edilib.

Məlumata görə, yarışma Ukraynaya qonşu olan ölkələrdə də keçirilməyəcək.

Qeyd edək ki, “Avroviziya-2022”nin qalibi “Stefania” mahnısı ilə “Kalush Orchestra” olub. EBU bir müddət əvvəl Ukraynada davam edən müharibə səbəbilə müsabiqənin orada keçirilməyəcəyini, bunun üçün İngiltərəni düşündüklərini açıqlamışdı.