Musiqi
Musiqi

“Məni erməni kimi qələmə verdiz”

“Məni erməni kimi qələmə verdiz”

Müğənni Damla yeni klipi “İlan”la bağlı tənqidlərə münasibət bildirib.

OLAY yazır ki, bununla bağlı o, instaqramda video paylaşıb. Damla klipdə rahibə obrazı yaratdığı üçün ona irad bildirənlərdən danışıb:

“Yeni kliplə bağlı yalnız xaçı və kilsəni xüsusi vurğuladınız. Belə çıxır ki, hansısa aktyor filmdə qatil obrazını canlandırırsa, düşünəcəksiz ki, həyatda da elədir. Yaxud da Sultan Süleyman obrazı canlandırılırsa, həmin insanlar fikirləşir ki, o yaşayır. Bu da sadəcə bir obrazdır. Məntiqinizi işə salsanız, hər obrazda bir açar var, onu anlayarsınız. Təbii ki, məntiqlə düşünmək daha çətindir, qınamaq tənqid, ya da təhqir etmək asandır. Əslində hər obrazın öz mənası var. Siz isə boynumdakı xaça görə, məni erməni kimi qələmə verdiniz, bununla əlaqələndirdiniz. Məni din düşməni etdiniz.

Müsəlmanam və xristianlığı qəbul etməmişəm. Hələ də yazırlar ki, sən niyə rahibə olmusan. Bilmədim həmin şərhlərə gülüm, ya ağlayım. Ya da videonun şərh bölməsini bağlayım. Açıqlama da vermək istəmirdim, çünki anlayanlar da var. Standartdan kənar iş görəndə beyinlər “error” verir. Mən günlük, sıradan, bəsit, monoton işlərlə dinləyicilərimin qarşısına çıxmaq istəmirəm. Onsuz da həmin işlər və onların öz dinləyiciləri var. Biz daha maraqlı, tərkarlanmamış layihələrə üz tutsaq, Azərbaycan tamaşaçısının zövqünü oxşasaq, nə olar ki? Hökmən hamı kimi eyni klipi çəkdirmək vacib deyil. Klipin danışılması bizim xeyrimizədir. Gördüyümüz işin, əziyyətin çəkisi danışılır. Elə mahnılar var ki, bilmirik nə vaxt çıxır, nə vaxt yayımlanır. Bir şəkillə bu qədər söz-söhbətə səbəb olursa, bizim üçün sevindiricidir”.

İfaçı söyləyib ki, obrazların səhv anlaşılması üzücü haldır:

“Siz obrazları fərqli tərəflərə yozub, çətinləşdirirsiniz. İnsanların inancları fərqlidir. Biz onlara nə deyə bilərik ki? Elə bilirsiz ki, türk və müsəlman dünyasında olanların hər biri müsəlmandır. Kelimeyi-şəhadətini bilməyən insanlar yazır ki, Allahın kitabı sizə qənim olsun, xaç taxmısız. Xaç taxmaqla mən kafir oluram, ya da bu, Allahla aramdakı bağı pozur? Bu, obrazdır. Sizə kim dedi ki, mən Allaha inanmıram, bu klipdən sonra xristian olacam? Qaranlıq tərəflər var idi deyə, açıqlamaq istədim. Niyə belə narahat və aqressivsiz? Niyə hər şeyi çətınləşdirirsiz, istəyirsiz ki, könül bulandırasız ?Rahibələr bilirsiz ki, kilsədə həyatdan, dünyadan təcrid olunub həyatlarını Allaha həvalə edirlər. Orada da küskün qadın obrazı var. Üzümdəki çiçəklərin də mənası odur ki, insan nə qədər kədərli olsa da, gülmək məcburiyyətindədir. Hər bir şeyin ayrı-ayrılıqda mənası var”.

Qeyd edək ki, Damlanın ötən gün təqdim etdiyi klipində xaç taxması və rahibə obrazını canlandırması sosial şəbəkələrdə müzakirə yaradıb.