Musiqi
Musiqi

Elnur ad almayan həmkarlarına səsləndi

Elnur ad almayan həmkarlarına səsləndi

Müğənni Elnur Məmmədov fəxri ad davası edən məşhurlara müraciət edib. 

OLAY yazır ki, o, bu barədə "Tam vaxtıdır" verilişində qonaq olarkən danışıb. 

"Bu status lazımlı bir şeydir. Ancaq kimliyimizdən xəbər vermir. Dövlət dəyərləndirsə də, dəyərləndirməsə də çox sağ olsun! Əzizlərim, vaxtı ilə hər şey olacaq. Mən bu sənətdə bir fikirlə irəliləyirəm: xalqa xidmət! Biz hansı yaşdayıq ki, küsək? Bu sənəti sevib seçmişəm. Davaya ehtiyac yoxdur. İşimin adı odur ki, xalq xidmət etmək. Bundan böyük xoşbəxtçilik varmı?",- deyə Elnur bildirib. 

Qeyd edək ki, ötən günlərdə müğənni Nadir Qafarzadə, Tacir Şahmalıoğlu və başqaları fəxri ad ala bilmədikləri üçün gileyləniblər.