“Mənə çatmayan bilirsiz nədir? Axı bir insan necə fəxri ad almağa görə belə həyasızlıq edə bilər?”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruz deyib.
O, son günlər fəxri ad almaq üçün açıqlamalar verən Firuzə İbadova, Tacir Şahmalıoğlu və Nadir Qafarzadəni hədəf alıb.
“İnsan necə hisslərini, paxıllığını gizlətməyə bilər? Qardaşım, özü üçün toylar aparıb, özü üçün yaşayıb şellənən insan nəyin davasını edə bilər axı? Sən necə fəxri ad almaq üçün bu boydə hay-küy sala bilərsən? İllərlə teatrda əsl əməyi olan əziyyət çəkənlər almayıb, hələ gözləyirlər, siz necə bunun davasını edə bilərsiz? Özünü məcburən xalqın artisti necə etdirə bilərsən? Niyə də? Axı niyə? Sözüm sırf Nadir Qafarzadəyə deyil! Ümumilikdə bu kimi davaları edənlərədir!
Atam yazıq hələ 1990-ların əvvəlində aldı “Əməkdar”ı da, “Xalq artisti” adını da... Hələ o illərdə şübhə ilə yanaşırdıq ki, tez aldı. Hansı ki, adam o adı alana qədər Həzi Aslanovu da oynamışdı və sair rolları da...
Sən burda 10 il toylar oxu, qazan, ye-iç, sonra dur dövlətdən ad almaq davası et, bunu bir-iki cavan aktyor da efirdə edib. Hansı ki, çox tezdir, ona görə yazdım. Qardaşım, bu İnstaqramdan “göy qaloçka” almaq deyil, hər istədiyinizdə bəhsə girib alasız! Tamam, deyək ki, sən dövlət tədbirlərində də olmusan, aparıcılıq etmisən, ifaçı olmusan, hansı olub etiraz etmədən getmisən, amma sən toy ab-havası ilə tanınmısansa, gözləmə nəsə! Bu bildiyiniz fəxri addır ad, ad fəxri ad!
P.S: Rəhmətlik Telman Adıgözəlov “Xalq artisti” adını ölümünə 2-3 il qalmış aldı!”.