Olay
Olay

Nadir onu tənqid edənlərə cavab verdi

Nadir onu tənqid edənlərə cavab verdi

Müğənni Nadir Qafarzadə fəxri ad istəyini dilə gətirdiyi üçün onu tənqid edənlərə cavab verib.

OLAY yazır ki, sənətçi İnstaqram hesabında paylaşdığı videoda bunları söyləyib:

“Hər zaman kiçiklər böyüklər haqda danışırlar. İndi də məndən kiçiklər bəhs edirlər. Guya, mənə söz atırlar. Bir özünüzə sual verin ki, sənətə necə gəlmisiniz? Yəqin keçmişinizi unutmusunuz. Çox sözlər deyə bilərəm. Sadəcə mən abırlı insanam. Mənim sənətim və zəhmətim haqda danışacaq axırıncı adamlarsınız.Bu həyatda hər şeyə tək başıma nail olmuşam. Arxamda Allahdan başqa kimsə olmayıb. Öz hesabıma Nadir Qafarzadə olmuşam. Mən fəxri ad davası etmirəm. Haqq-ədalət mübarizəsi aparıram. Buna təkbaşına mücadilə etmək deyirlər”.