Əməkdar artist Cavanşir Məmmədov Avroviziyada səhnəyə çıxması ilə bağlı açıqlamasına bir daha aydınlıq gətirib.
OLAY yazır ki, sənətçi bu barədə “10-da görüşək” verilişində danışıb. Müğənni onu bu istəyi ilə bağlı rişxənd edənlərə cavab verib:
“Tanımadığınız sənətçilər səhnəyə çıxır, niyə heç nə demirsiz? Onların sənətdən başı çıxmır. Yazmağa nə var ki?”
C. Məmmədov bu barədə Əməkdar artist Firuzə İbadovaya da dəstək olub:
“O da Avroviziyaya çıxa bilər. Niyə çıxmasın ki? Pis görkəmi var? Rəşid Behbudovun bəyəndiyi, Şövkət xanımın tələbəsi, müasir üslubda oxuyan, hər şeyi bilən müğənni niyə özünü Avroviziyada görməsin? Ətəyi qısaldıb səhnəyə çıxmaqla deyil ki...”