Musiqi
Musiqi

“Deyirdilər, belə şeylərin 1-2 il ömrü var”

“Deyirdilər, belə şeylərin 1-2 il ömrü var”

Meyxanaçı Namiq Qaraçuxurlu “Papanın gül balası” mahnısı ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o, sözügedən meyxananı məclislərdən birində səsləndirdiyi anları paylaşıb.

“Bu meyxananın mahiyyətini dərk etmədən tənqid edənlər “belə şeylərin 1-2 il ömrü var” deyirdilər. Yaranmasından 15 il keçməsinə baxmayaraq hələ də israrla tələb olunur”, - deyə, Namiq bildirib.