Musiqi
Musiqi

Anna villasını 3,9 milyon avroya satır

Anna villasını 3,9 milyon avroya satır

Rusiyanın Xalq artisti Anna Netrebko Vyanadakı villasını satışa çıxarıb.  

OLAY yazır ki, sözügedən ev 3,9 milyon avroya (6,9 milyon manatdan çox) qiymətləndirilir.

Villa Avstriya paytaxtının mərkəzində yerləşir, onun sahəsi 225 kvadratmetrdir və satışına səbəb A. Netrebkonun sahəsi daha böyük olan yeni mənzilə köçməsidir. 

Xatırladaq ki, bir müddət əvvəl A. Netrebkonun ABŞ-da dəyəri 2,5 milyon dollar (4,2 milyon manatdan çox) olan elit mənzillərini itirdiyi açıqlanmışdı.