Fotosessiya
Fotosessiya

Anna ABŞ-dakı dəbdəbəli evini itirdi

Anna ABŞ-dakı dəbdəbəli evini itirdi

Rusiyanın Xalq artisti Anna Netrebkonın Nyu-Yorkdakı dəbdəbəli evi əlindən çıxıb. 

OLAY yazır ki, sənətçi instaqram hesabında hazırda həyat yoldaşı, Xalq artisti Yusif Eyvazov və oğlu Tyaqo ilə birlikdə yaşadığı Vyanadakı mənzilin fotosunu paylaşıb.

Abunəçilərdən biri ifaçının həm Nyu-Yorkdakı, həm də bu evinin interyerini bəyəndiyini bildirib. Netrebko isə şərhə “Nyu-Yorkdakı mənzil artıq yoxdur...” - cavabını yazıb. 

O, bunun hansı səbəbdən baş verdiyini deməyib. Əksəriyyəti  bunun Rusiyaya qarşı sanksiyaları və ya müqavilələrə xitam verilməsi səbəbindən yaranan maliyyə çətinlikləri ucbatından olduğunu iddia edir. 

Qeyd edək ki, sahəsi 170 kvadratmetr olan Manhettendəki mənzilləri müğənni 2010-cu ildə keçmiş əri Ervin Şrottla 2,5 milyon dollara (4,2 milyon manatdan çox) alıb.