Musiqi
Musiqi

Karyeranızı bitirəcək sübutları var!

Karyeranızı bitirəcək sübutları var!

Məşhur latın müğənnisi Riki Martin keçmiş meneceri ilə problem yaşayır. 

OLAY yazır ki, Rikinin 2014-2018 və 2020-2022-ci illərdə birlikdə çalışdığı Rebekka Druker müğənninin ona 3 milyon dollarlıq komissiya ödəmədiyini bildirərək məhkəməyə müraciət edib.

Qeyd olunur ki, “Qremmi” mükafatına layiq görülmüş sənətçi menecerini hədələyib və onu susdurmaq üçün bəzi sənədlərə imza atmağa çalışıb.

Pop ulduz güzəştə getməsə, menecerin vəkilləri əllərində müəyyən sübutların olduğunu və addım atmaqdan çəkinməyəcəklərini bildiriblər. Rebekkanın “müğənninin karyerasına son qoya biləcəyinə” dair dəlillərinin olduğunu iddia etməsi suallar yaradıb.