Musiqi
Musiqi

Pərvizdən ad günündə yeni mahnı

Pərvizdən ad günündə yeni mahnı

Müğənni və bəstəkar Pərviz Mahmudov 39-cu yaşına qədəm qoyub.

OLAY yazır ki, sənətçi doğum günündə yeni mahnısını və fotosessiyasını təqdim edib. Sözləri Nadoya, musiqisi sənətçinin özünə aid olan “Məndən olsaydı” adlı bəstəsi yutub platformasında paylaşılıb. İfaçının fotolarını isə Ülvi Daşdəmirli ərsəyə gətirib.

Qeyd edək ki, P.Mahmudov “Yeni ulduz” layihəsinin iştirakçılarından olub. Uzun müddətdir bəstəkarlıqla məşğul olur.  O, Xalq artisti Röya Ayxanın “Bəlkə də”, “Son görüş”, “Sil getsin”, Sevda Yəhyayevanın “Buz kimi”, “O zaman”, “De mənə”, “Sən”, “Saxta” , Günay İbrahimlinin “Səndən öncə, səndən sonra”, “İzlər”  kimi sevilən mahnıların bəstəkarıdır.