Musiqi
Musiqi

“Kalush Orchestra” EBU-ya etiraz etdi

“Kalush Orchestra” EBU-ya etiraz etdi

Fransada olan Avroviziya qalibi “Kalush Orchestra” Avropa Yayım İttifaqının (EBU) yarışmaya ev sahibliyini Ukraynadan alması ilə bağlı açıqlama verib.

OLAY yazır ki, qrup üzvləri TV-də qonaq olarkən EBU-nun qərarına etiraz edib:

“Bir çox ukraynalılar kimi biz də bu qərarın əleyhinəyik. Ukrayna dövlət rəsmiləri “Biz 2023-cü ildə Avroviziyanı təşkil edə biləcəyimizi düşünürük”,- dedi. EBU-dan bu qərarı nəzərdən keçirməsini xahiş edirik, çünki bu, bizim üçün vacibdir. Qrupumuz üçün də vacibdir.

Mən bu təşkilatın Ukraynada keçirilməsini istəyirəm. Bizə etibar edin və Ukrayna silahlı qüvvələrinə etibar edin, biz Avroviziyanı təhlükəsiz və ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, EBU-nun yaydığı məlumata əsasən, gələn il nüfuzlu müsabiqə Ukraynada keçirilməyəcək. Bildirilib ki, ev sahibliyi üçün Birləşmiş Krallığın ictimai kanalı BBC ilə danışıqlar aparılır.