Musiqi
Musiqi

Nərgiz həbsə düşə bilər

Nərgiz həbsə düşə bilər

Müğənni Nərgiz Zakirova Maksim Fadeyevin mahnılarını oxuyacağı təqdirdə həbs olunacağını açıqlayıb.

OLAY yazır ki, bu barədə hüquqşünas Andrey Aleşkin KİV-ə danışıb. 

O, Rusiyadan deportasiya edilən sənətçinin müqaviləni pozduğu halda tutulacağını qeyd edib.

Xatırladaq ki, 2019-cu ilin avqustunda prodüser Zakirova ilə müqaviləyə xitam verib və  sənətçiyə onun üçün yazdığı mahnıları ifa etməyi qadağan edib. 

Qeyd edək ki, sənətçi apreldə Ukraynadakı vəziyyət fonunda Özbəkistana qayıtmışdı. Müğənni son zamanlar Rusiya ilə bağlı sərt açıqlamaları ilə də diqqət çəkmişdi. Bundan sonra Nərgiz Moskvada saxlanılmış, ölkəsinə deportasiya edilmişdi.