Bu gün Turində “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin açılış mərasimi baş tutub.
OLAY yazır ki, iştirakçı ölkələrin nümayəndə heyətləri “Firuzəyi xalı”da çıxış edib.
Azərbaycan delegasiyası da mərasimdə yer alıb. Təmsilçimiz Nadir Rüstəmli jurnalistlərin suallarını cavablandırıb.
Sənət fəaliyyətindən danışan Nadir əvvəl musiqi qrupunun olduğunu bildirib: “Mən həmin qrupun bədii rəhbəri idim. Sonra pandemiya dövrü başladı və biz az görüşdük. İndi isə burdayam”.
İtaliyan müğənniləri də dinlədiyini söyləyən Rüstəmli italyanca mahnı da oxuyub.