Musiqi
Musiqi

Azərbaycanlılar Rusiyada mükafat aldı

Azərbaycanlılar Rusiyada mükafat aldı

Rusiyada və MDB ölkələrində populyarlıq qazanan müğənni Jony (Cahid Hüseynli) Rusiyada mükafata layiq görülüb.

OLAY yazır ki, gənc sənətçinin repçi Mot ilə birgə treki “Ən yaxşı əməkdaşlıq nominasiyasında “Novoe Radio Awards” qazanıb.

Coninin özü mükafatlandırma mərasimində iştirak etməyib, lakin video bağlantı vasitəsilə tədbirə qoşulub.

Qeyd edək ki, “Lilii” adlı duet 11 ayda 28 milyon baxış toplayıb.

Qaliblər arasında "Ən yaxşı sinql" nominasiyasında “Bird” hiti üçün mükafat alan HammAli və Navai qrupu da var.