Cənubi Koreyanın dünyaca məşhur K-Pop qrupu BTS yeni albomu ilə geri qayıdır.
OLAY yazır ki, dünya miqyasında böyük bir pərəstişkarı olan yeddi nəfərlik qrup Las -Veqas qastrolunun son günündə albomla bağlı müjdə verib.
Qrup konsert görüntülərindən ibarət 12 saniyəlik videoda yeni albomun həm adını, həm də çıxış tarixini açıqlayıb.
BTS iyunun 10-da “We Are Bulletproof” adlı yeni layihələrini təqdim edəcəklərini bildirib.