Müğənni Xatirə İslam yeni klipini təqdim edib.
OLAY yazır ki, sənətçi bu dəfə “Gözləyirəm” mahnısı üçün kamera qarşısına keçib. Sözügedən layihənin rejissorluğunu Delee (Cavid) Oruclu öz üzərinə götürüb. Çəkilişlər Bakıda 24 saat ərzində lentə alınıb.
Xatirə yeni görünüşündə çəkdirdiyi klipi yutub kanalında yerləşdirib.
Mahnının musiqisi Pərvin Nadiroğluna, sözləri isə Saleh Mehdizadəyə məxsusdur.
Layihənin prodüseri isə Azər (Azik) Kərimovdur.