Müğənni Xatirə İslam yeni klip çəkdirib.
OLAY yazır ki, sənətçi bu dəfə “Gözləyirəm” mahnısı üçün kamera qarşısına keçib. Sözügedən layihənin rejissorluğunu Delee (Cavid) Oruclu öz üzərinə götürüb. Çəkilişlər Bakıda 24 saat ərzində lentə alınıb.
Plastik əməliyyatla yeni görünüşə sahib olan X.İslam ekran işi üçün dörd obrazdan istifadə edib.
Layihənin prodüseri isə Azər (Azik) Kərimov olub.