Musiqi
Musiqi

Aisel yenə onları seçdi

Aisel yenə onları seçdi

““O mənə söz verib” mahnısının fraqmenti yanvar ayında instaqram səhifəmizə yüklənmişdi. Sadəcə 30 saniyə davam etməsinə baxmayaraq, insanlar onu çox bəyənmişdilər. Hətta bu il ərzində mahnının nə vaxt çıxacağı ilə bağlı mesajlar alırdıq”.

OLAY yazır ki, bu sözləri müğənni Aysel Məmmədova (AİSEL) söyləyib. O, yeni klipi haqda danışıb. Sənətçi bildirib ki, mahnının musiqisi və sözləri özünə məxsusdur:

"Klip ideyasını çoxdan planlaşdırmışdıq. Ona görə məhz bu mahnını seçdik. Mahnının aranjımanı Emin Kərimə (STKHA) məxsusdur.

Videonun xaricdə çəkilməsinə baxmayaraq, stilist olaraq yenidən bir sıra uğurlu lahiyələr keçirdiyimiz Murad Vəliyevə müraciət etdik.

Video bir neçə ildir əməkdaşlıq etdiyimiz "Rosslane" film qrupu tərəfindən Kiyevdə lentə alınıb. Qeyd edək, ki bundan əvvəl sizə həmin komanda ilə ərsəyə gətirdiyimiz "We Run" və "Я за музыку отдам всю жизнь" kimi layihələri də təqdim etmişdik.

Çəkiliş prosesi 3 gün davam etdi, komandamız həm bu layihənin hazırlanmasında, həm də həyata keçirilməsində böyük iş gördü. Hətta çəkilişin bir neçə hissəsində aparıldığı bir yarış yolu icarəyə götürüldü və peşəkar yarışçılar iştirak etdilər. Süjet, sevgi hekayələrində tez-tez rastlaşdığımız anlaşmazlıq və eqo ilə sevgi arasında çətin bir seçim etmək məcburiyyətində qalan cütlüyün hekayəsindən bəhs edir. 

Nəhayət üzərində aylardır çalışdığımız materialı sizə təqdim edib, xoş izləmələr arzulayırıq”.