Müğənni Aleyna Tilkinin “Take It Or Leave It” adlı mahnısına çəkdirdiyi klipi prodüser, şərhçi Erol Köse tənqid edib.
OLAY yazır ki, o, gənc ifaçının klipindəki açıq-saçıq görüntülərə irad bildirib:
“Aleyna camaata Ramazan ayında alt paltarını göstərmək məcburiyyətində qalıbsa, deməli karyerası yerlə bir olub. Bu da o mənanı verir ki, Gülşendən daha irəli gedə bilmək istəyir. Bu nədir? Türk gəncləri sənin alt paltarını görmək məcburiyyətindədir? Bu kostyum deyil, alt paltarıdır! Gördüyüm isə Aleynanın çarəsizliyidir”.