Musiqi
Musiqi

Ani Lorak səhnəyə qayıdır

Ani Lorak səhnəyə qayıdır

Ukraynanın Xalq artisti, Rusiyanın pop ulduzu Ani Lorak konsert fəaliyyətinə qayıdır.

OLAY yazır ki, bu barədə estrada ulduzunun rəsmi saytında məlumat verib. Sankt-Peterburq daxil olmaqla bir çox tədbirlərini təxirə salan, Rusiya- Ukrayna arasındakı gərginlikdən sonra Birləşmiş Ərəb Əmirliklərinə köçən Ani səhnəyə geri dönüş edir.

İfaçı Almaniyanın bir sıra şəhərlərində və Çexiyanın paytaxtında çıxışlar da daxil olmaqla, Avropada konsert turu elan edib.

Rusiya şəhərləri isə siyahıda yer almayıb. İlk konserti oktyabrın 21-də Lemqo şəhərində baş tutacaq.