Ukraynanın Xalq artisti, Rusiyanın “Diva”sı Ani Lorak günlər sonra sükutu pozub.
OLAY yazır ki, müharibə başlayan gündən səssiz qalan, sadəcə “müharibəyə yox” paylaşımı edən Ani instaqram hesabından çağırış edib.
“Mənim sevimli qardaş və bacılarım! Ukraynada müharibə gedir! Müharibə ölümcül və dağıdıcıdır, hər gün dinc sakinlər ölür, ən dəhşətlisi isə uşaqlardır! Mən ukraynalıyam, mən anayam, qohumlarım da milyonlarla ukraynalı kimi indi Ukraynada atəşə tutulub. Xahiş edirəm bu mənasız, faydasız müharibəni dayandırın!”,- Lorak qeyd edib.