İncəsənət
İncəsənət

Rusiyadan “mədəni qisas” - “Ermitaj” eksponatlarını geri istəyir

Rusiyadan “mədəni qisas” - “Ermitaj” eksponatlarını geri istəyir

Rusiyanın Sankt-Peterburq şəhərindəki dünyaca məşhur “Ermitaj” muzeyi sərgi üçün Milana göndərdiyi 25 əsərin geri qaytarılmasını tələb edib.

OLAY yazır ki, bu barədə İtaliyanın aparıcı qəzetlərindən olan “Corriere della Sera”nın xəbər yayıb.

Məlumata görə, “Ermitaj” muzeyinin direktoru Mixail Piotrovksi məktub göndərərək hazırda Milanın müxtəlif məkanlarında nümayiş etdirilən eksponatların təcili Sankt-Peterburqdakı muzeyə qaytarılmasını xahiş edib.

Bildirilib ki, XVI əsrdə yaşamış italyan rəssamı Tizianonun rəsmləri də daxil olmaqla, göndərilən əsərlərin sayı 25-dir.

Qəzetin xəbərində “Ermitaj” muzeyinin bu addımının Ukrayna ilə  müharibəsindən sonra İtaliya və digər Avropa Birliyinə üzv ölkələrin  Rusiyaya tətbiq etdiyi sanksiyalara qarşı “mədəni qisas” olduğu bildirilib.

İtaliyanın Mədəniyyət nazirliyindən verilən açıqlamada bildirilib ki, bu məsələdə hansısa səlahiyyətləri yoxdur. Və sahibi əsərləri geri istəyirsə, qaytarılmalıdır.

Muzeyin tələb etdiyi əsərlərdən ikisi Milanda Kral Sarayındakı Tiziano sərgisinə daxil edilib. Sözügedən sərgi Rusiyanın Ukraynaya hücumunun başlamasına bir gün qalmış öz qapılarını açıb. Sərginin iyunun beşinə qədər açıq qalması planlaşdırılırdı.

Digər 23 əsər isə Milanda “Gallerie d'Italia” tərəfindən təşkil edilən “Grand Tour” sərgisində nümayiş etdirilib.