Azərbaycanın Avroviziya mahnı müsabiqəsinə təqdim edəcəyi mahnı bəlli olub.
OLAY yazır ki, bu ilin mayında keçirilməsi planlaşdırılan mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade to black” adlı mahnını ifa edəcək.
Mahnının müəllifləri Andreas Stone, Anderz Wrethov, Sebastian Schub və Thomas Stengaarddır.
Klip Burak Kanbir tərəfindən lentə alınıb.
Qeyd edək ki, klip Azərbaycanda ərsəyə gətirilib.