Musiqi
Musiqi

Loboda Ukrayna vətəndaşlığından imtina edib? - Açıqladı

Loboda Ukrayna vətəndaşlığından imtina edib? - Açıqladı

Ukraynanın Əməkdar artisti Svetlana Loboda Malta pasportuna görə Ukrayna vətəndaşlığından imtina etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

OLAY yazır ki, ölkəsinin şəxsiyyəti təsdiq edən sənədinin fotosunu paylaşan sənətçi sözügedən məlumatların dezinformasiya olduğunu bildirib.

Loboda deyib ki, yazılanlara cavab verməyə vaxtı yoxdur:

“Hər kəs öz yolunu seçir. Təziləri kimisə narahat edir, digərləri faydalı və lazımlı olmağa çalışır. İkincisini seçirəm. 21 gün ərzində 90-dan çox ailəni, o cümlədən uşaqları, qocaları, anaları təxliyyə edə bildik. Onlar məskunlaşmağa yer tapdılar və yeməklə təmin olundular.

Sənədlərlə bağlı problemləri gecə-gündüz işləyərək həll etməyə çalışırıq. Biz humanitar yardımı mümkün qədər yerə çatdırırıq.

Mən hər dəqiqə, hələ də xilas ola biləcək hər insana kömək etmək üçün əlimdən gələni edirəm. Və bacardığım qədər bunu edəcəm!

Yanımda olan insanlara təşəkkür edirəm. Məlum oldu ki, mən əsl qəhrəmanlar arasında yaşayıram! Bütün izləyicilərimi yalnız ürəklərinin səsini dinləməyə və kritik vəziyyətdə olanlara maksimum köməklik göstərməyə çağırıram!

Onu da qeyd edim ki, mənim bir vətəndaşlığım var. Bu olub və olacaq. Mən ukraynalıyam”.