Musiqi
Musiqi

Yıldızın bu fikirləri müzakirə yaratdı

Yıldızın bu fikirləri müzakirə yaratdı

Müğənni Yıldız Tilbe sahibsiz itlərlə bağlı qalmaqallı status paylaşıb.

OLAY yazır ki, o, tvitterdə paylaşım edərək insanlara hücum edən küçə itlərinin öldürülməsini istəyib.

“Sahibsiz itlər heyvan sığınacaqlarında toplanılmalı, orada baxılmalıdır. Yerləşdikləri bölgənin insanlarına hücum edən it qruplarına zəhərli ətlər versinlər. Heyvanlar sığınacaqlarda bir-birilərini yeyirlər. Bu məsələyə nəzarət olunsun,  heyvanlar da xilas olsun, insanlar da. Bütün canlıların yaşamaq haqqı var, lakin hücum edib öldürmək hüququ yoxdur.  Qanunlar insanların, heyvanların bir-birilərinə zərər vermədən yaşaya bilmələri üçündür. Adamlara qrup halında hücum edən, parçalayıb öldürən itlərin insan qatillərindən fərqi yoxdur. Onlar cəzalandırılmalıdır”, - deyə Tilbe bildirib.

Bu paylaşımdan sonra Yıldız həm həmkarları, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

O, iradlara cavab olaraq təkrara paylaşım edib:

“İtlərin hücumuna məruz qalan və öldürülən insanlara yazığı gəlməyənləri, qatil itləri məsum “pudel”lər kimi görənləri öz vicdanlarına buraxıram”.