Ukraynanın pop ulduzu Maks Barskix Rusiyada mahnılarından istifadəni qadağan edib.
OLAY yazır ki, bu barədə sənətçi isntaqram hesabında məlumat yayıb.
“Rusiya Federasiyası ərazisində musiqimin hər hansı formada, bütün radio stansiyalarında, televiziya kanallarında, filmlərdə və televiziya şoularında istifadəsini rəsmən qadağan edirəm”,- deyə estrada müğənnisi bildirib.
M. Barskix, həmçinin qeyd edib ki, o, Rusiya şirkətləri ilə bütün müqavilələri pozur.