Musiqi
Musiqi

Ukrayna səfirindən Haluk Leventə təklif

Ukrayna səfirindən Haluk Leventə təklif

Ukraynanın Türkiyədəki səfiri müğənni Haluk Leventə konsert təklifi edib.

OLAY yazır ki, sənətçinin Ukraynanın Avroviziya - 2016 qalibi Jamala ilə birgə səhnə alması istənilib. Levent bu mövzuya reaksiya verib.

“Təbii ki, qəbul edərəm. Həm Ukrayna xalqı , həm də ikiüzlü Qərbin unutduğu Orta Şərq xalqları üçün oxuyaq. Konsertin yeri də Fələstin olmalıdı. Mahnılar insanları bir-birindən ayırmır. Mahnılar sərhədlərə baxmır. Bu konsert çox yaxşı olar”,- deyə Haluk bildirib.

Qeyd edək ki, Jamala ötən günlərdə övladları ilə birgə Türkiyəyə sığınıb.