Ukraynanı Avroviziyada qalib edən Jamala Türkiyəyə sığınıb.
OLAY yazır ki, bu barədə sənətçi instaqram hesabında məlumat yayıb. İfaçı onun üçün Ruminıya sərhədinə gələn dostlarına təşəkkür edib, hazırda İstanbulda olduğunu qeyd edib.
Xatırladaq ki, Jamala fevralın 24-də Ruminıyaya sığınmaq üçün Kiyevi ağlayaraq tərk etmişdi.
Qeyd edək ki, Jamala “1944” mahnısı ilə Ukraynanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmiş və finalda 534 xal toplayaraq qələbə qazanmışdır.