Məşhur rusiyalı prodüser İosif Priqojin Rusiyanın Avroviziyada diskvalifikasiyasından danışıb.
OLAY yazır ki, o, KİV-ə açıqlamasında beynəlxalq layihənin nüfuzunu itirdiyini, Avropa Yayım Birliyinin (EBU) qərarını gülüşlə qarşıladığını söyləyib:
“Eybi yox, bu xəbəri üzümdə təbəssümlə qəbul etdim. Avroviziya nədir? Bəli, bu, heç kimin vecinə almadığı musiqili, çılğın şou, çürük yarışmadır”.
Qeyd edək ki, Priqojin Rusiyanın Xalq artisti Valeriyanın həyat yoldaşıdır.