Bir neçə gündür Rusiyanın Avroviziya Mahnı Müsabiqəsindən diskvalifikasiya edilməsi məsələsi gündəmdən düşmür.
OLAY yazır ki, Avropa Yayım Birliyini (EBU) ölkənin yarışmada yer alacağını söyləməsinə Avropa kanalları etiraz edib.
İsveç dövlət kanalının idarəedici direktoru Hanna Styarne EBU-nun Rusiya ilə bağlı qərarını pisləyib.
“EBU yenidən düşünməlidir. Avroviziya siyasi yarışma deyil, lakin Rusiyanın Ukraynaya müdaxiləsi ilə vəziyyət son dərəcə ciddiləşib”.
Niderland dövlət kanalı Avrotros TV isə Rusyanın iştirakı ilə əlaqədar mübahisələrə daxil olmayaraq qərarın Avrupa Yayın Birliyinə bağlı olduğunu söyləyib.