Musiqi
Musiqi

Turin meri Rusiyanın Avroviziyadan çıxarılmasından danışdı

Turin meri Rusiyanın Avroviziyadan çıxarılmasından danışdı

İtaliyanın Turin şəhərinin meri Stefano Lo Russo Rusiyanın Avroviziyadan çıxarılması haqda açıqlama verib.

OLAY yazır ki, o, sözügedən ölkənin yarışmadan kənarlaşdırılmasının düzgün olduğunu hesab edib:

“Avroviziyanın məqsədi Avropaya qardaşlıq və ümid mesajı verməkdir. Reaksiyasız qala bilmərik, nəsə etməliyik. Ukraynada baş verənlər dözülməzdir”.

Qeyd edək ki, Avroviziya-2022 bu il Turində baş tutacaq.