İtaliyanın Avroviziya- 2022 Mahnı Müsabiqəsi iştirakçıları Mahmud və Blanko “Vanity Fair” jurnalının üz qabığı üçün kamera qarşısına keçiblər.
OLAY yazır ki, hər iki sənətçi nəşr üçün çılpaq şəkildə pozalar verib.
Bu ilin mayında Turində “Brividi” mahnısı ilə İtaliyanın birincilik titulunu qorumağa çalışacaq musiqiçilər dərgiyə moda və həyat tərzləri barədə danışıblar.
Qeyd edək ki, Mahmud sözügedən jurnalın 2019-cu ildə də siması olub.