Müğənni-bəstəkar Murad Arif repertuarına “Океан Ельзи” qrupunun məşhur mahnısı “Без бою”nu əlavə edib.
OLAY yazır ki, sənətçinin yeni ifası M.Arifin rəsmi “Youtube” kanalında paylaşılıb.
“Mən sənətçiyəm, bütün ağrılarımı, həmrəyliyimi yaradıcılıqla ifadə edə bilirəm. Bu gün sivil dünyada belə dinc sakinlər əziyyət çəkirlər... Bu isə insanı incidir.
Bəli, mən hesab edirəm ki, insanlar şərlə mübarizə aparmalıdırlar. Qoy mərhəmət və sevgi silah olsun!”, - deyə, müğənni bildirib.
Qeyd edək ki, “Океан Ельзи” qrupu sözügedən mahnını 2005-ci ildə təqdim edib.