Musiqi
Musiqi

Ruslana Eldarla Nigara müraciət etdi

Ruslana Eldarla Nigara müraciət etdi

Ukraynanın Avroviziya-2004 qalibi Ruslana Stepanivna Lıjıçko beynəlxalq müsabiqənin digər qaliblərinə müraciət edib. 

OLAY yazır ki, o, bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb. 

“Bütün dövrlərin Avroviziya qaliblərinə müraciət edirəm! Biz musiqiçilər həmişə ictimai həyatda fəal iştirak etmişik. Rusiyanın Ukraynaya və bəşəriyyətə qarşı müharibəsindən kənarda dayana bilmərik. Musiqiçilər sülh tərəfdarı, öz pərəstişkarlarına müsbət nümunə olmalıdırlar.

Sertab Erener, Lordi, Marija Serifovic, Alexandr Rybak, Lena, Eldar Qasımov, Nigar Camal, Loreen, Emmelie de Forest, Conchita Wurst Mans Zelmerlöv, Salvador Sobral, Netta Barzilai və başqaları xahiş edirəm, ölkəm Ukraynaya dəstək olun”.