Musiqi
Musiqi

Mahnılarını Xocalı faciəsinə görə ertələdilər

Mahnılarını Xocalı faciəsinə görə ertələdilər

Tanınmış reperlər Paster və Rauf Kingsleyin “6 AM” adlı mahnılarının yayım tarixi dəyişdirilib.

OLAY yazır ki, buna səbəb isə qarşıdan 26 fevral Xocalı faciəsinin növbəti ildönümüdür.

Bu barədə musiqi prodüseri Clavis məlumat verib:

“Əvvəlcədən anons edilmişdi ki, sözü gedən mahnı 24 fevral Raufun doğum günündə yayımlanacaq. Lakin 2 gün sonra 26 fevral 1992-ci ildə Azərbaycana qarşı törədilən Xocalı soyqrımı kimi ağır bir günün 30 ili tamam olur. Bu səbəbdən mahnının çıxış tarixini fevralın sonuncu gününə ertələdim”.