Musiqi
Musiqi

Azərbaycanlı müğənni qeyri-adi obrazda

Azərbaycanlı müğənni qeyri-adi obrazda

Müğənni Zəminə Rəhimova yeni layihəsini təqdim edib.

OLAY yazır ki, ifaçı söz və bəstəsi Zamiq Əliyevə (Yap10) məxsus “Saxtalar” adlı yeni mahnısına ekran həyatı verib.

Klipdə Rəhimova “Qar kraliçası” obrazında çıxış edib.

Müğənninin göy tonlarında etdirdiyi makiyajı, ağ saçları və şəffaf daş və muncuqlarla bəzədilən tacı diqqət çəkib. 

Onun obrazı üzərində Prens Jamal çalışıb.

Bununla yanaşı, Zəminə sözügedən obrazda obyektiv qarşısına da keçib.