Müğənni Ayan Babakişiyeva yeni layihəsini təqdim edib.
OLAY yazır ki, “Gəlişinə qurban” adlı ifasına klip çəkdirən Ayan ekran işini yutub kanalında yayımlayıb. Ayanın stili Prins Camala, makiyajı isə Səbinə İmanovaya məxsusdur.
Müğnni uzun fasilədən sonra fərqli bir tərzdə obyektiv qarşısına keçib. O bildirib ki, bundan sonra daha bir möhtəşəm layihə ilə tamaşaçılar qarşısına çıxacaq. Mahnının müəllifi R.M-dir