Dünya pop səhnəsinin ulduzu Adelə ağır zərbə dəyib.
OLAY yazır ki, Rio-de-Janeyro məhkəməsi Britaniyalı sənətçinin
2015-ci ildə dinləyicilərə təqdim etdiyi “Million years ago” mahnısının plagiat olduğunu müəyyənləşdirib.
Bu səbəbdən mahnının bütün rəqəmsal musiqi platformalardan silinməsi ilə bağlı qərar çıxarılıb.
Hakim sözügedən nəğmənin braziliyalı müəllif Toninyo Gerayeşanın 1995- ci ildə işıq üzü görən “Mulheres” samba kompozisiyası ilə oxşarlığını qeydə alıb.
Məhkəmənin çıxardığı hökmə əsasən Adelin mahnısının platformalardan, televiziya və radio yayımlarından dərhal çıxarması tələb olunur.
Mahnı yenidən səslənərsə 8 min dollar cərimə nəzərdə tutulur.