Müğənni Gülay Zeynallı yeni musiqi layihəsini təqdim edib.
OLAY yazır ki, sənətçi sözləri Leyli Erol, musiqisi Pərviz Mahmudova məxsus “Canın sağ olsun” mahnısını ekranlaşdırmaq qərarına gəlib.
Gülay bunun üçün Niko Abbasov və Zaur Kərimova müraciət edib. Zeynallı bu dəfə də fərqli obrazlarda kamera qarşısına keçib.
Klip sənətçinin rəsmi yutub platformasında yayımlanıb.
Qeyd edək ki, mahnının aranjımanı Rəşad Bağırova məxsusdur.