Ermənistanı Avroviziya mahnı müsabiqəsində təmsil edəcək müğənninin adı açıqlanıb.
OLAY yazır ki, dövlət kanalı olan ARMTV yarışmada yer alacaq sənətçini müəyyənləşdirib. İfaçının adı qeyri-rəsmi formada mətbuatda işıqlandırılıb.
Məlumata əsasən, ölkəni Avropa səhnəsində Rosa Linn təmsil edəcək.
Mahnının adı və iştirakçının kimliyi rəsmi olaraq bir ay sonra təqdim ediləcək.
Qeyd edək ki, Rosa Linn xaricində, namizəd siyahısında 2020 təmsilçisi Athena Manoukian və Saro Gevorgyan yer almışdı.