Musiqi
Musiqi

Avetisyanın əri Röyanı dinləyir

Avetisyanın əri Röyanı dinləyir

Əslən Ermənistandan olan Rusiyanın məşhur vizajisti Qohar Avetisyanın keçmiş əri Sergey Qriqoryan Xalq artisti Röya Ayxanı dinləyir.

OLAY yazır ki, bu barədə o, 200 minə yaxın izləyicisi olan instaqram hesabında məlumat verib.

Sergey sorğu-cavab zamanı Röyanın “Vlyublena” (Влюблена) mahnısını paylaşaraq onun hesabını işarələyib. O, ən sevdiyi mahnının həmin bəstə olduğunu vurğulayıb. Qriqoryanın həmin paylaşımı bəzi erməni abunəçiləri də qəzəbləndirib.

Onlar Sergeyə növbəti sual ünvanlayıblar:

“Deyəsən, azərbaycanlılarla anlaşırsan, çünki onların müğənnisini dinləyirsən?” 

Qriqoryan Röyaya qulaq asdığını inkar etməyib və bu cavabı yazıb: “Mən hamı ilə ortaq dil tapa bilirəm. Əsas odur ki, onlar insandır və mənim üçün milliyət, din sözdən başqa bir şey deyil”. 

Qeyd edək ki, R.Ayxanın sözügedən mahnısı son zamanlar MDB-də populyar olmağa başlayıb. Bunu rusdilli xalqların sənətçi barədə yutub səhifəsinə yazdığı şərhlərdən aydın görmək olar.