Musiqi
Musiqi

Onlar mahnılarında Pi Diddinin cinayətlərinə işarə ediblər

Onlar mahnılarında Pi Diddinin cinayətlərinə işarə ediblər

Dünya şöhrətli repçi Pi Piddinin (əsl adı Şon Kombs) həbsi sosial şəbəkələrdə müzakirə olunmaqda davam edir. Sentyabrın 17-də musiqiçi cinsi təcavüz və insan alverində şübhəli bilinərək saxlanılıb. Hətta 50 milyon dollarlıq girov və iş üzrə qohumları və şahidləri istisna olmaqla, qadınlarla əlaqə saxlamamaq vədləri də sənətçinin azadlığa çıxmasına kömək etməyib. 

OLAY yazır ki, Pi həbs olunduqdan sonra media nümayyəndələri onun bir çox ulduzun qatıldığı qalmaqallı məclislərini spirtli içkilər, qeyri-qanuni maddələr və sekslə xatırlayıblar. 

Onların arasında Castin Biber, Pamela Anderson, Beyonse, repçi Cey-Zi, Leonardo DiKaprio, Kim Kardasyan və bir çox məşhurlar var. 

Eminemin bu yaxınlarda işıq üzü görən albomundan “Fuel” (Yanacaq) mahnısı Diddinin təhlükələri haqqında əsl xəbərdarlıq adlandırılıb. Trekin sözləri cinsi zorakılıqdan bəhs edir və sözlər üzərində ahənglə qurulmuş oyun ifaçının bunda dəqiq kimi ittiham etdiyini aydın göstərir. 

“Wait, he didn’t just spell the word, «Rapper» and leave out a P, did he?” (Gözləyin, o, sadəcə olaraq “Repçi” sözünü hərf edib “P” hərfini buraxmadı, elə deyilmi?) – deyə Eminem sözügedən trekdə oxuyub. İzləyicilərin fikrincə, “P did” elə Pi Diddi  kimi səslənir.

Eminemin növbəti “Killshot” trekində dinləyicilər Pi Diddinin Tupak Şakurun ölümündə iştirakına dair ipucu tapdılar və bu xəttə işarə etdilər: “Ancaq, Kells, hiti buraxdığınız gün Diddi Paki öldürdüyünü etiraf edəcək”.

Pop diva Beyonsun “She knows” mahnısında oxunan “Rahat yat, Aaliyah” Aliya 2001-ci ildə təyyarə qəzasında dünyasını dəyişən məşhur R&B müğənnisidir.

1999-cu ildə Aaliyah və Beyonsun indiki əri repçi Cey-Zi romantik münasibətdə idilər və daha sonra onu repçi gələcək həyat yoldaşı Beyonse ilə müqayisə etməyə başladılar.

Beyonseni səhnədə tanıtmaq üçün Aaliyahın qətlini Cey-Zi və Pi Diddinin sifariş etdiyi və buna nail olduqları iddia edilir.

2003-cü ildə ifaçının “She Knows” mahnısının yer aldığı solo albomu işıq üzü gördü. Beyons soyadı – “Knowles”dir. İnternet istifadəçiləri faktları müqayisə etdikdən sonra belə qənaətə gəliblər ki, Aliyanın ölümündə Pi Diddi, Beyonse və Cey Zinin əli olub. Qeyd etmək lazımdır ki, Diddi o zaman sənayenin ən nüfuzlu prodüserlərindən biri hesab olunurdu.

Pi Diddi məclisləri üçün geyim kodu tamamilə ağ olub. Buna görə də məşhur dairələrdə onları “Ağ Partiya” adlandırırdılar. Kanye Uestin “Famous” (Məşhurlar) mahnısına çəkdirdiyi klipdə “ağ partiyalar”a istinadlar tapılıb. Məsələn, ekran işində Kim Kardaşyan, Taylor Svift, Rihanna və digər məşhurlara bənzər personajların iştirak etdiyi “yataq orgiyaları” təsvir olunub.

Dünya pop ulduzu Castin Biber 15 yaşında Pi Diddi ilə 48 saat vaxt keçirib, bu mərasimi onun üçün o vaxtkı meneceri Aşer təşkil edib. Repçi müğənni ilə əla vaxt keçirdiklərini və onun sözlərinə görə, hər bir yeniyetmənin arzusunda olduqlarını bildirib. Bununla belə, Diddi detalları açıqlamayıb. İnternetdə yayımlanan videoda gənc ifaçı olduqca yorğun, bitkin və depressiv görünüb. Daha sonra Biber tez-tez Pi Diddi ilə ictimai tədbirlərdə görünüb. Sosial şəbəkə əhlinin sözlərinə görə, Biber, hər zaman  sərxoş olub və incidildiyini gizlədib.

Castin böyümək dövrünü “travmatik” adlandırıb. Alkoqol və qeyri-qanuni maddələri erkən sınaqdan keçirdiyini deyən Biber, şou-biznesdə pedofiliyanın tüğyan etdiyini də iddia edib.

“Yammy” trekinin klipində izləyicilər Pi Diddinin ağ partiyalarına işarə vurduqlarını görüblər. 

Ekran işində Castin zəngin insanların əhatəsində yemək yeyir - stolun üstündəki yeməklər də personajların özləri kimi ürpertici görünür. Klipin sonunda Biber ağ paltar geyinmiş qızlarla rəqs edir.

Bununla yanaşı internet istifadəçiləri sözügedən klipin kulis arxası görüntülərində Castinin göz yaşlarını “kapüşon” altında gizlətdiyi qənaətinə gəliblər.

Ekspertlərin fikrincə, bütün sübutlar toplanarsa, reperi ömürlük həbs cəzası gözləyir.